Rusiyalıların 80 faizi Prezident Vladimir Putinə etibar edir.
Teleqraf.com xəbər verir ki, bu, “VTsİOM” şirkətinin sorğusunun nəticələrindən məlum olub.
Respondentlərin 80 faizi Rusiyanın hazırkı liderinə etimad edib-etmədiyi sualına müsbət cavab verib, 16.6 faizi isə etimadsızlığını bildirib.
Sorğu iştirakçılarının əksəriyyəti (77.1 faiz) ümumilikdə Putinin fəaliyyətini bəyənir, 14.6 faizi isə bəyənmir.
Rusiyada prezident seçkisi gələn ilin martında keçiriləcək.