Suriyanın şərqində İraqla sərhəd keçidi yaxınlığına hava zərbələrinin endirilməsi nəticəsində İranın dəstəklədiyi terrorçu qruplaşmanın 6 yaraqlısının məhv edildiyi bildirilir.
Teleqraf.com xəbər verir ki, hədəfin ABŞ-nin İraqdakı hərbi bazası tərəfindən vurulduğu deyilir.
Vaşinqton məsələ ilə bağlı açıqlama verməsə də, bundan əvvəl son iki ayda artan hücumlardan sonra İranın dəstəklədiyi qruplaşmalarla əlaqəli hədəflərin vurulduğu bəyan edilmişdi.
Əbukamal bölgəsinə zərbələr İranın dəstəklədiyi “İslami Müqavimət” qruplaşmasının İraqın Ərbil şəhərində ABŞ hərbi bazasına hücumu öz üzərinə götürməsindən bir neçə saat sonra baş verib.
Qruplaşma oktyabrın 7-də HƏMAS-İsrail müharibəsi başlayandan bəri İraq və Suriyanın şərqində ABŞ-nin mövqelərinə 100-dən çox hücum həyata keçirib.
Ölənlərdən 4-ü “Hizbullah” terror təşkilatından, digər iki yaraqlı isə suriyalıdır. İki nəfər isə yaralanıb.