Fransa Prezidenti Emmanuel Makron Yeni illə bağlı müraciətində ölkəsinin bayrağını arxa plana keçirərək saymazlıq edib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Fransız Vətənpərvərlər Partiyasının sədri Florian Filippo X sosisal şəbəkəsində paylaşıb.
"O necə cəsarət edir. Makronun arxasındakı Fransa bayrağı onun istəyi ilə yoxa çıxıb. Bayraq arxa planda digərlərindən uzaqda yerləşdirilib. Makron belə jestlə Fransaya nifrət etdiyini göstərib", - Filippo bildirib.