8 Yanvar 08:15
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, hazırda dağıntılar altında qaldığı ehtimal edilən 195 nəfərin axtarışları davam edir.

Ümumilikdə təbii fəlakətdən 560 nəfərin xəsarət aldığı təxmin edilir.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Yaponiyada müxtəlif gücdə 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub. Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi 20 saatdan çox davam edib. Bu, 1885-ci ildən bəri Yaponiyanın bu hissəsində baş verən ən güclü zəlzələ olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər