Maldiv Prezidenti Məhəmməd Muizu Hindistan Baş naziri Narendra Modini təhqir etdiklərinə görə üç nazir müavinini istefaya göndərib.
Teleqraf.com xəbər verir ki, son seçkilərdə Hindistan hərbi kontingentinin ölkəsindən çıxarılması da daxil olmaqla bir sıra vədləri əsasında qalib gələn Muizu istintaqa qədər rəsmiləri işdən çıxarıb.
Hindistanın baş nazirinin Maldiv adalarının şimalında yerləşən “hind ərazisi” Lakşadvipə səfərindən sonra nazir müavinlərindən Mariam Şiuna Modini “təlxək” adlandırıb.
İşdən çıxarılan üç nazir müavini Malşa Şərif, Abdulla Məhzun və Şiuna Gənclərlə İş Nazirliyində işləyirdi.
“Maldiv Adaları hökuməti sosial şəbəkələrdə xarici liderlər və yüksək səviyyəli şəxslərə qarşı edilən təhqiramiz ifadələrdən xəbərdardır. Bu fikirlər şəxsidir, Maldiv hökumətinin fikirlərini əks etdirmir”, - hökumətin bəyanatında deyilir.
Muizu işdən çıxarılan rəsmilərlə bağlı araşdırma aparılmasına göstəriş verib.