Türkiyənin İstanbul boğazlarını Rusiya gəmilərinə bağlaması Ukrayna üçün böyük yardımdır.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın bu ölkədəki səfiri Vasili Bodnar deyib.
“Rusiya gəmilərinin Qara dənizə girə və ya çıxa bilməməsi bizim üçün böyük köməkdir. Boğazlar bağlı olduğu üçün Odessanı (Rusiya işğalından) qoruya bilirik”, - diplomat bildirib.
Bodnar bu baxımdan Montrö boğazlar müqaviləsinin Türkiyə tərəfindən yerinə yetirilməsinin ölkəsi üçün çox önəmli olduğunu söyləyib.