12 Yanvar 16:10
12 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Böyük Britaniya Qırmızı dənizi qan gölünə çevirməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya və ABŞ-nin Yəmənə hava zərbələri ilə bağlı danışarkən deyib.

“Bütün bu hərəkətlər qeyri-mütənasib güc tətbiqidir. Amerika hazırda İsrail və Fələstində bu qeyri-mütənasib gücdən eyni şəkildə istifadə edir. İran bütün bunlardan özünü necə qoruya biləcəyinə baxır. Britaniya artıq Amerika ilə birlikdə bu prosesdə bir addım atıb, atmaqda davam edir. Hazırda Qırmızı dənizi qan gölünə çevirməyə çalışırlar.

Yəmən husilərlə birlikdə bütün qüvvələrini işə salaraq Amerika və ya Britaniya olsun, lazımi cavabı verdiyini və verəcəyini bildirir. Bu məsələdə zərrə qədər də arxayınlığa yerin olmadığını da söyləyirlər. Hazırda bir çox müxtəlif kanallardan fərqli xəbərlər alırıq. Müxtəlif kanallardan eşidirik ki, husilər həm Amerikadan, həm də Britaniyadan çox uğurlu müdafiə olunur, uğurlu cavablar verirlər”, - prezident vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər