Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli İsrailin xarici işlər naziri İsrail Katzın qondarma erməni soyqırımı iddialarına cavab verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında paylaşım edib.
"İsrail hökuməti üzvlərinin törətdikləri cinayətlərdən diqqəti yayındırmaq səyləri nəticə verməyəcək”, - deyə Ö. Keçəli bildirib.
Qeyd edək ki, İ. Katz daha əvvəl Türkiyə Prezidentini “keçmişində erməni soyqırımı olan bir ölkənin prezidenti” adlandırıb.