15 Yanvar 12:02
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden İranın Yəməndə dəstəklədiyi qiyamçı “Ənsarallah” Hərəkatını (Husilər) “terrorçu qruplaşma” adlandırdıqdan iki gün sonra hərəkatı rəsmən “terror təşkilatı” elan edəcəyi gözləntisini aşağı salıb.

Teleqraf.com xəbər verir ki, Bayden Pensilvaniyada seçiciləri qarşısında çıxışında belə bir şeyin əhəmiyyətinin olmadığını deyib.

“Müəyyən edilib-edilməməsinin əhəmiyyəti yoxdur”, - ABŞ prezidenti husilərə qarşı ritorikasını sərtləşdirdikdən sonra bu addımı atıb-atmayacağı ilə bağlı suala cavabında bildirib.

“Times of Israel” nəşrinin yazdığına görə, Bayden vəzifəsinin ilk ilində daxili təzyiq fonunda Yəmənə humanitar yardım çatdırmaq səylərinə mane olduğu bildirilən husiləri terror təşkilatları siyahısından çıxarıb.

Ağ Ev oktyabrın 7-də İsrail-HƏMAS savaşı başladıqdan sonra husilərin “fələstinlilərlə həmrəylik üçün” Qırmızı dənizdə beynəlxalq xətlərdə üzən gəmilərə hücumları fonunda noyabrda bu qərarı nəzərdən keçirmək qərarına gəldiyini açıqlamışdı. O vaxtdan bəri heç bir yeniləmə təklif edilməzkən, Baydenin ritorikasını dəyişməsi husilərin üzərindəki terror etiketini silmək fikrində olması barədə suallar yaradıb. Prezidentin bu sözləri ABŞ-nin son illərdə ilk dəfə husilərin Yəməndəki hədəflərinə hava zərbələri endirməsindən sonraya təsadüf edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər