18 Yanvar 11:15
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın keçid hökumətinin Baş naziri Ənvər-ül-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq, tələsik İslamabada uçub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The News İnternational” məlumat yayıb.

Hökumət başçısı təcili olaraq vətəninə qayıtmaq qərarına gəlib, çünki yanvarın 16-da İran ordusu PUA-lar və raketlərlə Pakistana zərbə endirib.

Bu gün səhər saatlarında Pakistan İran ərazisində məxfi antiterror əməliyyatı keçirib. Əməliyyat çərçivəsində İranın Sistan-Bəlucistan əyalətlərində yerləşən terrorçuların sığınacaqlarına zərbə endirib.

“Röyter”in məlumatına görə, İrandakı hədəflərə raket hücumları həyata keçirən Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları İranın hava məkanına daxil olub, terrorçuların sığınacaqlarını vurduqdan sonra geri qayıdıb. Çox sayda terrorçunun məhv edildiyi vurğulanır.

Ayrıca, Sistan-Bəlucistan əyalətində silahlı qruplaşma ilə İran ordusu (SEPAH) arasında baş verən qarşıdurmada bir neçə İran hərbçisinin öldürüldüyü deyilir.

İran yanvarın 16-da Pakistanda “Ceyş əl-Ədl” Hərəkatının (“Ədalət Ordusu”) mövqelərinə zərbə endirdiyi açıqlayıb. Pakistan Xarici İşlər Nazirliyi İranın hücumu nəticəsində iki uşağın öldüyünü, üçünün isə yaralandığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər