Dünyanın yenidən Donald Trampın ABŞ prezidenti seçilməsinə ehtiyacı var.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
“Mənim fikrim ilk növbədə Ukrayna ilə bağlıdır. Qalib gələ bilərlər, gəlməlidir və qazanacaqlar. Bunun üçün Qərbdəki dostlarından səbr və qətiyyət tələb olunur. Respublikaçılar Partiyasının bəzi üzvlərinin suveren və demokratik Avropa ölkəsini qaranlığa məhkum etmək istəməsi fikri məni narahat edir.
Əvvəlcə özünüzə bir sual verin. Putin 2014-cü ildə Ukraynanı işğal etdikdən sonra ilk olaraq hansı Amerika prezidenti (Kiyevi) müdafiə etdi? Böyük liberal, beynəlmiləlçi Barak Obama? Yox, cənablar. O, Putini Ukraynadan – Krım və Donbasdan çıxarmaq üçün heç nə etmədi. Nə fransızlar, nə almanlar, nə də açığı, müəmmalı şəkildə əllərini yuyub ukraynalıların taleyini mənəvi cəhətdən iflasa uğramış Normand formatına həvalə etmək qərarına gələn o dövrün Britaniya hökuməti”, - Conson bildirib.
Keçmiş baş nazir xatırladıb ki, Kiyev uğrunda döyüşlərdə onlar üçün çox dəyərli olan “Javelin” sistemlərini ukraynalılara məhz Tramp verib. Onun sözlərinə görə, qismən Trampın cəsarətli qərarı sayəsində ukraynalılar dünyanı təəccübləndirə və Putinin qoşunlarını Kiyevdən – paytaxtdan qaçmağa məcbur edə bildilər.
Conson Trampın Ukraynaya hərbi yardımı dayandıracağına inanmır. Əksinə, o hesab edir ki, Tramp – ABŞ-nin gələcək prezidenti Rusiya lideri ilə razılığa gələ bilməyəcəyini anlayacaq və Ukraynaya qələbə üçün lazım olan hər şeyi vermək üçün səylərini ikiqat artıracaq.
Consonun fikrincə, Tramp son 4 ildə prezident olsaydı, Putin hücuma cəsarət etməzdi.
“Məhz Tramp 2020-ci ilin əvvəlində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) liderlərindən biri Qasım Süleymanini öldürməklə dünyanı qəfil heyrətə saldı. Trampın prezidentlik müddəti bitənə qədər İrandan heç nə eşitmədik. Yaxud Suriyanı götürək, Bəşər Əsəd 2013-cü ildə öz xalqını qanunsuz kimyəvi silahlarla zəhərlədi. Amerika Obamanın dövründə nə etdi? Heç nə. Tramp ona o qədər zərbə vurdu və o qədər çox təyyarəsini məhv etdi ki, Əsəd kimyəvi silahdan istifadə etməyi dayandırdı”, - sabiq baş nazir əlavə edib.
Conson vurğulayıb ki, Trampın qələbəsi ehtimaldan ehtimala doğru artmağa davam edir:
“Hamımız bu perspektivlə barışmalıyıq. Əgər düzgün iş görsə və ukraynalıları dəstəkləsə, inanıram ki, edəcək, Trampın prezidentliyi dünya üçün böyük qələbə ola bilər”.