İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində əməliyyatları genişləndirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qalant deyib.
"Biz Xan Yunis ərazisində intensiv əməliyyatlar aparırıq və onları genişlənməyə davam edəcəyik. Tanklardan, artilleriyadan və hava qüvvələrinə məxsus təyyarələrdən tüstü dumanları biz hədəflərimizə çatana qədər Qəzza zolağının səmasını örtməyə davam edəcək", - deyə nazir bildirib.
O, bu məqsədləri HƏMAS-ın məğlubiyyəti və israilli girovların evlərinə qayıtması adlandırıb.