İranın Kirman əyalətində 5 silahdaşını qətlə yetirən hərbçi həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Cənub-Şərq qərargahının komandiri Əmir Qolamaliyan məlumat verib.
Hərbçi Zərənd şəhəri yaxınlığında saxlanılıb.
Hadisə yanvarın 21-də baş verib. Saxlanılan şəxs kazarmaya daxil olaraq hərbçilərə atəş açıb. Olay zamanı 5 hərbçi həyatını itirib.
Olayın motivləri hələlik məlum deyil.