23 Yanvar 00:38
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı Somali sahillərində əməliyyatlar aparan donanmanın iki əsgərinin yanvarın 11-i axşam saatlarında dənizdə itdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Komandanlıq əsgərlərin taleyi ilə bağlı yeni açıqlama yayıb.

Bildirilib ki, 2 komandonun cəsədi aşkarlanıb.

"10 gündür davam edən axtarışdan sonra itkin düşmüş 2 donanma əsgərimizin yerinin müəyyən edildiyini və statuslarının “ölü” olaraq dəyişdirildiyini təəssüflə bildiririk", - məlumatda vurğulanıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi bu gün yanvarın 11-də Somali sahillərində Ədən körfəzində yoxa çıxan ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı iki əsgərinin öldüyünü elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər