Ukrayna müharibəni uduzsa, Rusiya NATO ölkələrinə hücum edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Kovalenko bildirib ki, Rusiya ordusu və hərbi-sənaye kompleksi hazırda 460 mindən çox canlı qüvvəni Ukraynaya qarşı müharibəyə yönəlib. Onun sözlərinə görə, əgər Rusiya NATO-ya hücum etmək istəyirsə, hərbi qüvvə hazırlamalıdır.
“İndi ayda 25-30 min səfərbər edə bilirlər, bu, pik göstəricidir. Bu göstəricidən kənara çıxmaq və yeni bölmələr hazırlamaq üçün onlara 50-60 min lazımdır. Repressiv səfərbərlik şəraitində sistemləri belə bir yükə tab gətirməyəcək. 2022-ci ildə ayda 100 000 olanda Rusiyanın səfərbərlik sistemi çat verdi. Ancaq 50-60 minə dözə bilirlər. Qüvvələr hissə-hissə döyüş bölgəsindəki aylıq itkiləri kompensasiya etməyə gedir, yeni bölmələr yaradılır. Amma bu yeni qüvvələr üçün avadanlıq və resurs lazımdır ki, tam işlək olsun”, - ekspert qeyd edib.
Kovalenko hesab edir ki, hazırda Avropa üçün Rusiyadan hibrid müharibə təhlükəsi var. O vurğulayıb ki, hibrid təhlükə daha çox təhdid yarada bilər, çünki NATO-nun bu duruma qarşı hərəkət mexanizmi yoxdur.
“Açıq təhlükə var, müdaxilə aşkar edilir, kollektiv təhlükəsizlik haqqında 5-ci maddəyə uyğun olaraq tədbirlər görülür. Bununla belə, hibrid siyasi, iqtisadi, enerji və hətta miqrasiya təhlükələri var”, - Kovalenko söyləyib.