24 Yanvar 14:23
3 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Latviya hökuməti tərəfindən bu ölkənin yerli dili ilə bağlı imtahandan keçməyən Rusiya vətəndaşlarının kütləvi surətdə deportasiyasını “faşizm” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi bunun bağışlanmaz olduğunu deyib.

“Bu, bəlkə də nasistlərin vəhşilikləri ilə müqayisə oluna bilər və insanlara qarşı açıq cinayətdir. Latviyada belə sui-istifadələrin qurbanı olan bütün həmvətənlərimizə lazımi köməklik göstəriləcək və Rusiyada normal yaşamaq üçün şərait yaradılacaq. Heç kəsi taleyin mərhəmətinə buraxmayacağıq”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Latviyada yaşayış icazələri uzadılmayan və tarixi vətənindən qovulanların əksəriyyəti yaşlı insanlardır, yaşları 60-dan yuxarıdır.

Zaxarova vurğulayıb ki, Rusiya Latviyanın hakim elitasında hər kəsin xatırlamalı olduğu əməllərini bağışlamayacaq və unutmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər