NATO getdiyi yerdə xaosa səbəb olan döyüş maşınıdır.
Teleqraf.com xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian deyib.
"NATO baş Katibinin Çinlə bağlı yersiz açıqlamalarını nəzərə almışıq. Regional hərbi təşkilat olaraq NATO yarandığı gündən bəri müharibələr aparıb və iştirakçı olub. Son illər alyans Asiya-Sakit okean regionuna yaxınlaşmağa başlayıb. Münaqişəni qızışdırmaq üçün qondarma Çin təhlükəsindən istifadə edir. Həmçinin regional təhlükəsizliyi təhlükəyə atır. NATO gəzən döyüş maşınıdır, harada görünsə, iğtişaşlara səbəb olur", - Çin rəsmisi bildirib.