26 Yanvar 20:12
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlində Brandenburqdan şəhərə enən fermerlər 250 traktorla yanacağa verilən subsidiyaların azaldılmasına qarşı növbəti dəfə nümayiş keçirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi paytaxtın hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat yayıb.

"Bu səhər Brandenburqun hər yerindən 300-dən çox fermer Berlinə yola düşüb. Onlar 250 traktorla koalisiya partiyalarının qərargahı qarşısında kənd təsərrüfatı üçün nəzərdə tutulan dizel xərclərinin azaldılmasına qarşı nümayiş keçiriblər”, - məlumatda qeyd edilib.

Bildirilib ki, traktora minən fermerlər şəhərdə hərəkətlərini davam etdirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər