29 Yanvar 11:03
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda İsrail kəşfiyyatına (MOSSAD) casusluqda ittiham edilən 4 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tehranın məhkəmə sisteminin “Mizan Online” saytı məlumat yayılıb.

“İsfahan əyalətinin mərkəzində bomba əməliyyatı planlaşdırdıqlarına görə həbs edilən sionist casus təşkilatına (İsrail kəşfiyyatı – red.) bağlı bir qrupun 4 üzvünün edam hökmü bu gün səhər icra olunub”, - sayt bildirib.

İddiaya görə, dara çəkilən şəxslər İran Müdafiə Nazirliyinin raket zavodunu partlatmağı planlaşdırıb.

Məlumatda İranın kürd bölgəsindən olan 4 nəfərin ötən ilin avqustunda həbs olunduğu və hazırlanan plana MOSSAD rəhbəri David Barneanın şəxsən nəzarət etdiyi iddia edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər