Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Qəzza zolağında Fələstinin "HƏMAS" hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsində irəliləyiş olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin baş naziri Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı bildirib.
Məlumata əsaəsn, danışıqlar Misir, İsrail və ABŞ-ın kəşfiyyat rəhbərlərinin iştirakı ilə aparılıb.
Baş nazir vurğulayıb ki, əldə edilən irəliləyiş çox güman ki, vəziyyətin normala dönməsinə və ya heç olmasa gələcək addımlar üçün zəmin yaradacaq. O qeyd edib ki, İsrail və HƏMAS arasında Misir, Qətər və ABŞ-ın vasitəçiliyinin iştirakı ilə aparılan danışıqların hazırkı mərhələsi gələcəkdə Qəzza zolağında davamlı atəşkəsə gətirib çıxara bilər.
Hökumət başçısı həmçinin bildirib ki, bütün israilli girovların azad edilməsi potensial razılaşma üçün əsas şərt olacaq. O, həmçinin HƏMAS nümayəndələrinin prosesdə müsbət və konstruktiv iştirakına nail olmaq üçün saziş layihəsini onlara təqdim etmək niyyətində olduğunu bildirib