Rusiyanın Cənubi Koreyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf.com xəbər verir ki, buna Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Koreya yarımadasında artan gərginliyin səbəbləri barədə dediyi sözlər səbəb olub.
XİN-də səfirə etiraz notası təqdim edilib.
Mariya Zaxarova bundan əvvəl demişdi ki, Cənubi Koreya Prezidenti Yun Sok-yeolun nüvə məsələlərinə dair Şimali Koreya haqda bəyanatları Pxenyana qarşı aqressiv planları ört-basdır etmək məqsədi daşıyır. Onun sözlərinə görə, yarımadada artan gərginliyin əsas səbəbi ABŞ və müttəfiqlərinin həyasız siyasətidir.