Berlində 150 mindən çox insanın iştirak etdiyi sağçı ekstremizmə qarşı etiraz aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"150 mindən çox insan aksiyanın keçirildiyi yerdə və ətraf ərazilərdədir", - məlumatda deyilir.
Şəhərdə nəqliyyatın hərəkəti xeyli çətinləşib, hökumət məhəlləsində bir neçə küçə bağlanıb. Bir çox etirazçı sağ populist Almaniya üçün Alternativ partiyasının şüarları ilə çıxıb. Bildirilir ki, aksiyanın sonuna qədər etirazçılar Reyxstaqın ətrafında insan zənciri təşkil edəcəklər.