5 Fevral 00:13
1 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın koronavirus testi müsbət çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASR informasiya agentliyi məlumat yayıb.

Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü - fevralın 4-də iş proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Prezident sahibkarlardan ibarət nümayəndə heyətinin rəhbərliyi ilə, xüsusən də “Google” şirkətinin baş ofisində olub.

Çaputova fevralın 5-də Slovakiyaya qayıtmalıdır, o, yaxın günlər üçün iş proqramını ləğv edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər