5 Fevral 00:38
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valparaisoda meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə Prezidenti Qabriel Boriç məlumat verib.

O, Prezident Administrasiyasının X sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib: "Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq".

Boriç, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib.

Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər