Xan Yunisdəki döyüşlərdən sonra İsrail ordusu Qəzza zolağında Rəfahda hərbi əməliyyata hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.
“İsrail hazırda qoşunlarını çıxarsa, ordu necə mütləq qələbə qazana bilərmi” - sualına Netanyahu “bu, vaxt aparan prosesdir” cavabını verib. Baş nazir həmçinin HƏMAS-ın Qəzzanın şimalında mövqelərini bərpa etməsi ilə bağlı məlumatları təkzib edib. O, əminliklə deyib ki, İsrail ordusu orada qalan “qalıqları” məhv etmək üçün davamlı reydlər keçirir.
"HƏMAS-ın hərbi çöküşünə alternativ yoxdur. Hərbi çöküş olmadan heç bir mülki çöküş olmayacaq", - Netanyahu deyib.