Rusiya heç vaxt Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib və əminəm ki, müharibə gec-tez sülh yolu ilə başa çatacaq, iki ölkənin sakinləri arasında münasibətlər bərpa olunacaq.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu amerikalı jurnalistin saytında dərc olunan Taker Karlsona müsahibəsində deyib.
"Bir sözlə Ukrayna, Macarıstan, Polşa o cümlədən Rumıniya Stalinin əmri ilə yaradılmış süni dövlətdir. Macarıstan baş naziri Viktor Orbanla heç vaxt Stalin dövründə Ukraynaya verilmiş Macarıstan torpaqlarının geri qaytarılması imkanını müzakirə etməmişəm. Qara dəniz regionunun əslində heç vaxt Ukrayna ilə heç bir tarixi əlaqəsi olmayıb, sadəcə danışılası heç nə yoxdur. Gec-tez biz onsuz da razılığa gələcəyik. Gələcəkdə onsuz da xalqlar arasında münasibətlər bərpa olunacaq. Bu, çox vaxt aparacaq, amma bərpa olunacaq", - Putin vurğulayıb.