9 Fevral 15:11
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ölkələrinin vətəndaşlarına Rusiya ilə qonşu olmağın nə demək olduğunu daha yaxşı izah etmək lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.

Avropalı diplomat Rusiyanı “sərhədlərinin harada bitdiyi və harada başladığını bilməyən qonşu” adlandırıb.

Borrelin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bütün yolu getməyi planlaşdırır, ordusu və xalqını bunun üçün qurban verməkdən çəkinmir. AB-nin baş diplomatı hesab edir ki, Rusiya Ukraynada ağır itkilər verməsinə baxmayaraq, hədəfində olan əraziləri tuta bilməyib.

“Putin müharibəyə başlayanda iki il sonra indi olduğu yerdə olacağını bir an belə təsəvvür edibmi? Xeyr, ordusunu çox güclü hesab edirdi. Belə deyil. Düşünürdük ki, Ukrayna çox zəifdir, dağılacaq. Amma bu baş vermədi. Avropa Birliyinin dağılacağına da inanırdı. Transatlantik birliyin pozulacağını düşünürdü. Bunların da heç biri olmadı”, - Borrel vurğulayıb.

Diplomat Rusiya liderinin keçmiş SSRİ və çar imperiyasının həsrətini çəkdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər