NATO baş katibi Yens Stoltenberq Moldovada Rusiyaya məxsus PUA-nın qalıqlarının tapılmasını şərh edib.
Teleqraf.com xəbər verir ki, NATO rəhbəri Rusiyanı ehtiyatsızlıqda günahlandırıb.
“Moldovada pilotsuz təyyarənin qalıqlarının tapılması Ukraynadakı müharibənin təhlükəli olduğunu və bunun Prezident Putinin Moldovanın qonşusuna - Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibənin birbaşa nəticəsi olduğunu göstərir. Bu həm də Rusiyanın ehtiyatsız davranışını nümayiş etdirir, yəni başqa ölkəyə hücum edir və bu, Moldova kimi qonşuları üçün də fəsadlar törədir”, - Stoltenberq deyib.
Baş katib bununla bağlı Moldova ilə sıx əməkdaşlığın olduğunu və NATO-nun vəziyyəti diqqətlə izlədiyini bildirib.
Fevralın 11-də Moldova sərhədçiləri Ukrayna ilə sərhəd bölgəsində “Şahid” tipli PUA-nın (İran istehsalı) qalıqlarını tapıb. Moldova Müdafiə Nazirliyi məsələyə əlavə şərh verməyib.