Ukraynada hadisələrin inkişafı göstərir ki, Rusiya ilə birləşmək krımlılar üçün yeganə düzgün və mümkün addımdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun iddiasına görə, krımlılar 2014-cü ilin martında vətənlərinə (Rusiya) qayıtmaq, ana dilində danışmaq, öz mədəniyyətlərini inkişaf etdirmək, öz tarixləri və adət-ənənələrinə hörmət hüquqlarından istifadə etməyin lehinə şüurlu seçim ediblər.
“Ukraynada dramatik hadisələrin inkişafı göstərir ki, Rusiyaya birləşmək krımlılar üçün yeganə düzgün və mümkün addım idi, bu da tarixi prosesin məntiqinə və yarımada sakinlərinin mühafizəkar maraqlarına tam uyğun gəlir. Krımın taleyinin Rusiya ilə qırılmaz şəkildə bağlı olduğuna dair nadir və heyrətamiz sənədli sübutlar var”, - Lavrov bildirib.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib. Rəsmi Kiyev və BMT bunu işğal faktı kimi qəbul edir.