ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenski "X" hesabında paylaşım edib.
"Münxendə olarkən ABŞ Prezidenti Co Bayden mənə zəng etdi. Biz cəbhədəki vəziyyəti müzakirə etdik. Dəstəyə görə Prezident Baydenə minnətdaram. Mən ABŞ Konqresinin müdrik qərar verəcəyinə inanıram. Ukraynanı dəstəkləmək demokratiya və azadlığı dəstəkləmək deməkdir. Biz birlikdə bu dəyərləri qorumalıyıq", - deyə paylaşımda vurğulanıb.