Avropa silah çatışmazlığını həll etmək üçün yeni addımlar atmasa, Ukrayna Rusiya ilə müharibəni uduza bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.
Prezident Vladimir Zelenski Qərbə, xüsusən də ABŞ-yə xəbərdarlıq edib ki, Ukrayna indi müharibənin ən qaranlıq günlərini yaşayır. Əgər Qərbin sursat və müdafiə vasitələri ilə təcili tədarüklə bağlı verdiyi vədi yerinə yetirilməsə, Ukrayna ərazilərini azad etmək bir yana, uzun müddət müqavimət göstərə bilməyəcək.
“The Times” vurğulayır ki, Zelenskinin xəbərdarlığı cəbhə xəttindən bəd xəbərlərlə yanaşı gəlib. Uzunmüddətli müdafiə və müqavimətdən sonra Ukrayna ordusu Avdiv şəhərindən geri çəkilib. Nəşr hesab edir ki, bu, ağrılı, eyni zamanda simvolik məğlubiyyətdir.
Qəzet yazır ki, Rusiya lideri Vladimir Putin müxalifəti Aleksey Navalnının ölümü fonunda Avdivin ələ keçirilməsini qeyd edir. O, Rusiya ordusuna gurultulu təbriklər göndərərək, Ukraynadakı münaqişənin həyat üçün deyil, ölüm uğrunda mübarizə olduğunu söyləyib.
Latviya hökuməti bu gəlişmədən sonra bildirib ki, ABŞ Avropanı qorumaq öhdəliyinə sadiq qalacağı təqdirdə NATO-nun avropalı üzvləri artan müdafiə xərcləri üçün fədakarlıq etməli olacaqlar.
“Seçim bəllidir: Avropa silah və yardım çatışmazlığını kompensasiya etmək üçün daha çox iş görməsə, Ukrayna məğlubiyyətlə üzləşəcək. Bu, bahalı və ağrılı olacaq, amma Putin nəyin risk altında olduğunu göstərdi”, - nəşr vurğulayır.
“The Times” əlavə edir ki, Ukraynanın mümkün məğlubiyyəti Rusiyanın bütün qonşuları, xüsusən də Baltikyanı ölkələr üçün təhlükəlidir.