Amerikalı jurnalist Taker Karlson bildirib ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna münaqişəsi ilə bağlı mövqeyini aydınlaşdıran müsahibə üçün ondan bir milyon dollar istəyib.
Teleqraf.com bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Karlsonun sözlərinə görə, o, Consona sorğu göndərib. Consonun köməkçisi əvvəlcə müsahibədən imtina edib, lakin sonra jurnalistə maliyyə şərtləri təqdim olunub.