24 Fevral 14:35
15 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb artıq iki ildir ki, Ukraynada sülhün bərqərar olması üçün dayanmadan çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.

"Qərbin Ukraynanı danışıqlardan kənarda saxladığını söyləmək yalandır. Biz beynəlxalq tərəfdaşlarla birlikdə sülhün Ukraynaya gəlməsini təmin etmək üçün yorulmadan çalışırıq. 2022-ci ilin yazında İstanbulda aparılan danışıqlarda Rusiyanın qoşunlarını geri çəkəcəyi əsasında Ukrayna güzəştə getməyə hazır idi. Ukraynada bu müharibənin bitməsini istəməyən adam yoxdur. Biz bu ümidin gerçəkləşməsi üçün hər şeyi edirik", - nazir bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər