26 Yanvar 2015 12:12
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Şimali Karolina əyalətində etmədiyi iki cinayətə görə 40 il həbsxanada yatan Cozef Sledqe azadlığa buraxılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, işi aparan prokuror hazırda 70 yaşı olan Sledqedən üzr istəyib və ona 750 min dollar təzminatın ödənilməsinə söz verib. Həyatının yarısından çoxunu günahsız yerə dəmir barmaqlıqlar arasında keçirən Sleqde bu xəbəri möcüzə kimi qiymətləndirib.

Qeyd edək ki, Sledqe 1976-cı ildə Cozef Davis və qızı Ailen Davisin ölümündə şübhəli bilinərək həbs edilib.

Samir


Müəllif: