Misirin paytaxtı Qahirənin Matariya məhəlləsində polislə “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları arasında toqquşmalar olub.
Teleqraf.com İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyəti qadağan edilən hərəkatın üzvləri təhlükəsizlik qüvvələrinə qarşı odlu silahdan atəş açıblar və “Molotov kokteyllər”i atıblar.
Təsdiq olunmamış məlumatlara görə, iğtişaşlar zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Qeyd edək ki, Qahirədə 2011-ci il “25 yanvar inqilabı”nın 4-cü ildönümü ilə bağlı kütləvi etiraz aksiyaları ötən bazar günündən bəri davam edir. /APA/