12 Mart 13:17
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya nüvə silahından istifadə edə bilər. Moskva hələ də nüvə başlıqlı uzaqmənzilli raketlər hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının illik hesabatında deyilir.

Kəşfiyyatın proqnozuna görə, Rusiya nüvə silahlarını modernləşdirməyə davam edəcək, ən böyük və ən müxtəlif nüvə silahı ehtiyatını saxlayacaq. Moskva öz nüvə potensialını ABŞ və NATO-nu mümkün toqquşmadan çəkindirmək və məqsədlərinə çatmaq üçün zəruri hesab edir.

“Rusiyanın döyüş meydanında tez və qətiyyətlə qalib gələ bilməməsi, Ukraynanın federasiyanın ərazisinə zərbələri Putinin nüvə silahından istifadə edə biləcəyi ilə bağlı qorxuları artırır”, - hesabatda qeyd olunur.

Amerikalı kəşfiyyatçılar vurğulayırlar ki, Moskva ABŞ-nin raket əleyhinə müdafiə sistemlərinin qarşısını almaq üçün nəzərdə tutulmuş uzaqmənzilli nüvə başlıqlı raketləri və sualtı çatdırılma sistemlərini inkişaf etdirməyə davam edəcək. Rusiya nüvə və ya adi döyüş başlıqlarını daşımağa qadir olan qeyri-strateji sistemlərini də genişləndirir və modernləşdirir. Moskvanın fikrincə, belə sistemlər düşmənin qarşısını almaq, mümkün eskalasiyaya nəzarət, ABŞ və müttəfiqlərinə qarşı mübarizə aparmaq imkanı verir.


Müəllif: Mənsur Rəğbətoğlu