Avropa Komissiyası Gürcüstana 2013-cü ilin avqust ayında təsdiq edilmiş 46 milyon avro maliyyə yardımının ilk hissəsi çərçivəsində 13 milyon avro məbləğində qrant ayırıb.
APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının Gürcüstan nümayəndəliyi mətbuata şərh verib. Şərhə görə, yaxın gələcəkdə kreditlər şəkilində veriləcək 10 milyon avro da bu ödənişə daxil olacaq.
Məlumata görə, 2015-ci ilin ortalarında Gürcüstana ayrılacaq yardımın ikinci hissəsi 23 milyon avro təşkil edəcək, bunun 10 milyonu qrant və 13 milyonu isə kreditlər formasında verilməyi planlaşdırılıb.