1 Aprel 01:42
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Mən bunu dönüş nöqtəsi adlandırmazdım, biz öz təhlükəsizliyimizi təmin etməyə çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşların olduğunu görürük”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil.

“NATO-ya daxil olmaq niyyətinə gəlincə, yox. Bu, bu gün Ermənistanın gündəmində olan məsələ deyil. Aİ məsələsində deyə bilərəm ki, ermənilərin doğrudan da Avropa istəkləri var”, - o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər