6 Aprel 09:50
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Kiyevin iki aparıcı müttəfiqi istisna olmaqla, hamısı Ukraynaya NATO-ya üzv olmaq üçün rəsmi dəvətin verilməsi ideyasını dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Olqa Stefanişina deyib.

Onun sözlərinə görə, Ukrayna üçün NATO-ya dəvət məsələsi gündəmdədir, bu qərar qəbul olunana qədər də gündəmdə olacaq.

“Dəvət formatı NATO-ya üzvlüyün hüquqi təminatı kimi Ukraynanın özü tərəfindən təklif edilib. Bu, gündəmdədir. İkisi istisna olmaqla, bütün müttəfiqlər bu qərarı tamamilə dəstəkləyir. ABŞ və Almaniya diqqətlərini Macarıstan və Slovakiya kimi digər skeptik müttəfiqlərə yönəltməyə çalışır. Bu iki ölkənin mövqeyi əsasdır”, - Stefanişina bildirib.

Ölkə rəsmisi vurğulayıb ki, ABŞ və Almaniya Ukraynanın NATO-ya dəvət olunmasının əleyhinədir, bu, sadəcə söz-söhbət yox, real qərardır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər