Odessada gecə baş verən partlayışlar nəticəsində liman infrastrukturuna ziyan dəyib.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələri (AFU) teleqram kanalında bu barədə danışıb.
Obyektlərə hücumun, ehtimal ki, “İsgəndər-M” raketi ilə həyata keçirildiyi qeyd edilir. Yanğın baş verib, inzibati və texniki binalar dağılıb, ətrafdakı müəssisələrdən birinin əməkdaşı da xəsarət alıb.