9 Aprel 10:54
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəsmiləri ilə danışıqlar artıq Fransanın maraqlarına uyğun deyil.

Teleqraf.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurn deyib.

“Bu gün Rusiya rəsmiləri ilə danışmaq marağımıza uyğun deyil, çünki ortaya çıxan kommünikelər, verilən mesajlar yalandır”, - nazir bildirib.

Sejurn qeyd edib ki, dialoqa yalnız etimad bərpa olunandan sonra qayıtmaq mümkün olacaq: “İlk növbədə, Ukrayna cəbhəsində hadisələrin inkişafını görmək lazım gələcək”.

Aprelin 3-də Fransa müdafiə naziri Sebastyan Lekornu rusiyalı həmkarı Sergey Şoyquya zəng edib. Lekornu martın 22-də “Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib. O, israrla Ukrayna və Qərb ölkələrinin terror aktında iştirak etmədiyinə, İŞİD-ə qarşı məsuliyyət daşımadıqlarına inandırmağa çalışıb.

Şoyqu vurğulayıb ki, terror aktı ilə bağlı başlanmış istintaq yekunlaşacaq və bütün günahkarlar cəzalandırılacaq. Rusiyalı nazir terror aktının təşkilində Ukrayna izinin olması ilə bağlı məlumatın olduğunu söyləyib.

Şoyqu bildirib ki, Kiyev rejimi Qərb kuratorlarının razılığı olmadan heç nə etmir: “Ümid edirik ki, bu işin arxasında Fransa xüsusi xidmət orqanları dayanmır”.

Yelisey sarayının Ukraynaya fransız kontingentinin göndərilməsi ilə bağlı bəyanatlarına gəlincə, Şoyqu qeyd edib ki, bu, praktiki olaraq həyata keçirilərsə, Fransanın özü üçün problemlər yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər