Özbəkistanda Prezident Şavkat Mirziyoyev Ramazan bayramı ilə əlaqədar 426 məhbusu əfv edib.
Teleqraf.com Özbəkistan Rəyasət Heyətinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Mirziyoyev törətdikləri cinayətdən peşman olan məhbusların Ramazan bayramı münasibətilə əfv edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, 335 məhbus azadlığa buraxılacaq, 91-nin isə həbs müddəti azaldılacaq.
Qeyd edək ki, Şavkat Mirziyoyev ötən il Ramazan bayramı ilə əlaqədar 541 məhbusu əfv etmişdi.