12 Aprel 11:30
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton və London ABŞ-nin nüvə silahlarının Böyük Britaniya ərazisinə qaytarılmasına fəal hazırlıq görürlər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin hərbi departamentinin rəhbəri Vladimir Yermakov deyib.

“Müvafiq infrastrukturun modernləşdirilməsi, görünür, yenidən aktivləşdirilməsi artıq aktiv şəkildə maliyyələşdirilir”, - Rusiya rəsmisi vurğulayıb.

Diplomat qeyd edib ki, Britaniya bəyan etdiyi limiti keçə bilər. Yermakov qeyd edib ki, London öz nüvə potensialını yeniləmək üçün fəal səylər göstərir. Sualtı gəmilərdə ballistik raket sınaqları bu fəaliyyətə təkan verəcək.

Yermakov bundan əvvəl iddia etmişdi ki, ABŞ nüvə silahlarının Britaniyada yerləşdirilməsi Rusiyaya qarşı qabaqlayıcı zərbə endirmək məqsədini güdə bilər. Rusiyalı diplomat bunu “ilk zərbəyə hazırlıq” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər