Ukrayna ilə müharibədə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarı ilə başlayan müzakirələr fonunda İsveçrə uzun müddətdir mövcud olan neytral statusu ilə bağlı referendum keçirə bilər.
Teleqraf.com xəbər verir ki, İsveçrə münaqişədə tərəf tutmaqdan imtina etsə də, Avropa Birliyinin (AB) anti-Rusiya sanksiyalarına qoşulub.
“Blumberq” agentliyinə görə, bu, neytrallıqdan uzaqlaşmadır və ölkənin beynəlxalq vasitəçi rolunu təhlükə altına qoyub.
Eyni zamanda, hökuməti sanksiyalara qoşulmanın neytrallığa uyğun olduğunu bəyan edib və iyunda Ukrayna Sülh Konfrans keçirməklə İsveçrənin önəmini önə çəkməyə çalışır. Rusiya İsveçrənin bu səylərini neytrallığın pozulması səbəbi ilə qəbul etmir.
Təşəbbüsü (referendum) dəstəkləyənlər kifayət qədər imza toplasalar da, səsvermə hələ başa çatmayıb. Hesablama qanuni olaraq təsdiqlənən kimi hökumət və parlament ölkənin bloklara qoşulmama statusunun ləğvi ilə bağlı referendum məsələsini müzakirə edəcək. Belə proseslər adətən bir neçə il çəkir.
Parlamentdə mütləq yerə malik sağçı Xalq Partiyası daimi hərbi neytrallığın təmin edilməsini ölkə konstitusiyasında təsbit etmək niyyətindədir.
Digər tərəfdən, biznes elitaları neytrallığın ölkənin biznes perspektivlərinə zərər verdiyi barədə xəbərdarlıq edirlər. İsveçrə Almaniya və digər ölkələrdən Ukraynaya silah tədarükünü əngəlləyir, bu, AB-də narazılığa səbəb olub.
İsveçrənin neytrallığı 1815-ci ildə Fransa imperatoru Napoleon Bonapartın məğlubiyyətindən sonra Paris müqaviləsində təsbit edilib. İsveçrə 1907-ci il Haaqa Konvensiyası ilə Rusiya-Ukrayna müharibəsinədək neytrallıqla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib.
İkinci Dünya Müharibəsi zamanı İsveçrə faşist Almaniyasına borc vermək və silah satmaqla neytrallığını pozmuşdu. "Neytral ölkə" Hitler Almaniyasının zülmündən qaçan minlərlə yəhudi qaçqın üçün də sərhədlərini bağlamışdı.