14 Aprel 03:11
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qüvvələri İranın İsrail istiqamətində atdığı bir neçə pilotsuz təyyarəni vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

İran pilotsuz təyyarələrinin məhv edilməsi əməliyyatında Amerika qoşunlarının hansı qolunun iştirak etdiyi açıqlanmır. Məhv edilmiş pilotsuz uçuş aparatlarının dəqiq sayı da məlum deyil. Pilotsuz təyyarələrin hansı dövlət üzərində vurulduğu barədə də məlumat yoxdur.

Aprelin 13-də İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, ölkə istiqamətində atılan İran pilotsuz uçan aparatını vurub. İdarə 100-dən çox pilotsuz uçan aparatın aşkar edilərək izlənildiyini qeyd edib.

***

02:02

İran İsrailə 100-dən çox pilotsuz uçuş aparatı buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb.

Aprelin 13-də İran İsrailə qarşı çoxlu sayda hərbi pilotsuz təyyarələr buraxıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki hədəflərə raket və pilotsuz uçuş aparatlarının (PUA) buraxıldığını rəsmən təsdiqləyib.

***

01:21

Ağ Ev ABŞ prezidenti Co Baydenin Milli Təhlükəsizlik Şurasının üzvləri ilə Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr aparacağını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məsləhətləşmədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin və başqaları iştirak edəcək.

***

00:47

ABŞ İranın İsrailə qarşı pilotsuz təyyarələr buraxdığına dair xəbərlərdən məlumatlıdır, lakin hazırda paylaşacaq heç nə yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" Pentaqonun nümayəndəsinə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdəki hazırkı vəziyyətdən xəbərdardır, lakin hazırda bu barədə heç nə deyə bilmirlər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər