İsrailin İranın raket və pilotsuz təyyarə hücumuna cavab verməkdən başqa çarəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Rəsmilərdən biri İsrail müdafiə naziri Yoav Qalantın amerikalı həmkarı Lloyd Ostin arasındakı telefon danışığının detallarından xəbərdar olduğunu deyib.
Nəşr yazır ki, Co Bayden administrasiyası və İsrailin müttəfiqi olan bir sıra digər Qərb ölkələri Benyamin Netanyahu hökumətini İrana qarşı regional müharibəyə səbəb ola biləcək addım atmaqda tələsməməyə çağırıb. Həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Herzi Halevi ölkəsinin növbəti addımları nəzərdən keçirdiyini və İsrail ərazisinə bu qədər raket və PUA-nın buraxılmasına cavab veriləcəyini bildirib.
“Eyni zamanda, bazar günü telefon danışığı zamanı Qalant Ostinə deyib ki, İsrail öz ərazisinə ballistik raketlərin atılmasını cavabsız qoya bilməz”, - ABŞ nəşri yazır.
Qalant da vurğulayıb ki, İsrailin müdafiə qüvvələri ayıq-sayıqdır və yeni təhdidlərlə üzləşməyə hazırdır.
ABŞ bölgədə müharibə istəməsə də, İranla mümkün toqquşmada İsraili müdafiə edəcəyinə söz verib.