17 Aprel 00:25
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələrinin Livanda keçirdiyi əməliyyat nəticəsində “Hizbullah” hərəkatının komandiri ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Livanın Ayn-Ebel bölgəsinə endirdiyi zərbə nəticəsində “Hizbullah”ın sahil sektorunun komandiri İsmayıl Yusaf Baz öldürüb”, - məlumatda deyilir.

Bildirilib ki, o, Livanın sahil zonasından İsrailə doğru raket buraxılışlarının təşkilində iştirak edib.

Qeyd edək ki, bundan öncə İsrail PUA-sının “Hizbullah” döyüşçülərinin olduğu maşına zərbə endirdiyi barədə məlumat yayılmışdı.


Müəllif: Teleqraf.com