Ukraynanın salamat qalması və güclü olması ABŞ-dən çox Ukrayna üçün vacibdir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət başçısı, prezidentliyə namizəd Donald Tramp deyib.
“Hamımız razılaşırıq ki, Ukraynanın salamat qalması və güclü olması daha çox bizim üçün yox, Avropa üçün vacibdir, əlbəttə, bizim üçün də önəmlidir.
Necə olur ki, bizi bir-birimizdən bir okean ayırmasına baxmayaraq, ABŞ Ukraynadakı müharibəyə Avropadan 100 milyard dollar çox xərcləyir? Nə üçün Avropa ümidsiz, ehtiyacı olan bir ölkəyə kömək üçün Birləşmiş Ştatlarının verdiyi pula uyğun pul vermir və ya buna uyğunlaşa bilmir?”, - sabiq prezident vurğulayıb.
Tramp fikrini bir daha təkrarlayıb ki, əgər o, dövlət başçısı olsaydı, Rusiya ilə Ukrayna arasında münaqişənin qarşısını ala bilərdi.