23 Aprel 09:41
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin çıxışlarında alman filosofu İmmanuel Kanta istinad etməyə haqqı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.

Kantın anadan olmasının 300 illiyi münasibətilə keçirilən mərasimdə kansler bildirib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi filosofun bütün fundamental müddəaları ilə ziddiyyət təşkil edir.

“Putinin Kanta istinad etmək üçün heç bir haqqı yoxdur. Amma Putin rejimi əvvəlki kimi Kantı və əsərlərini demək olar istənilən formada mənimsəməyə çalışır”, - Şolz vurğulayıb.

Onun sözlərinə görə, Kantın insan haqları və ləyaqəti ilə bağlı fikirləri, eləcə də müharibə və sülh haqda düşüncələri müharibə və Putinin öz ölkəsində tətbiq etdikləri ilə eyniləşdirilə bilməz.

Olaf Şolz Rusiyanın Ukraynada apardığı müharibənin XXI əsrin Avropasına uyğun gəlmədiyini qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu