24 Aprel 10:02
9 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya cəbhədə Ukrayna ordusunun maddi-texniki təminatını məhv etmək üçün zərbə kampaniyasını gücləndirmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İnstitut bildirir ki, belə bir bəyanatla Rusiya müdafiə naziri Sergey Şoyqu çıxış edib.

ISW analitikləri hesab edirlər ki, ruslar Amerikanın köməyi gələnə qədər Ukraynanın infrastrukturu və müdafiə sənayesi bazasını mümkün qədər məhv etməyə vaxt tapmaq üçün yaxın gələcəkdə PUA və raket zərbələrini artıracaqlar.

İnstituta görə, Şoyqunun Ukraynanın maddi-texniki bazasına zərbələr endirilməsi ilə bağlı açıqlamaları Rusiyanın öz məqsədlərini dəyişə biləcəyini və Ukraynanın nəqliyyat infrastrukturu, logistikası və hərbi anbarlarının hücuma məruz qalacağını göstərir.

Çox güman ki, ruslar ABŞ-dən yardım gələnə qədər Ukraynanın maddi-texniki məhdudiyyətlərindən yararlanmaq üçün qarşıdakı həftələrdə hücum əməliyyatlarını gücləndirəcəklər.

Bundan başqa, analitiklər əlavə edirlər ki, Şoyqunun bəyanatları həm də rusların Çasiv Yar və Donetskin qalan şəhərlərinə hücumlarını gücləndirəcəklərini göstərə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu